Xarkovda yumruqlarını işə salacaq azərbaycanlılar

Kişi boksçulardan ibarət seçmə komandamızın  iyunun 16-da Ukraynanın Xarkov şəhərində başlanacaq Avropa çempionatı üçün heyəti müəyyənləşib. Sportline.az-a federasiyanın mətbuat xidmətindən verilən məlumata görə, 9 gün davam edəcək yarışda ölkə bütün çəkilərdə təmsil olunacaq .

Baş məşqçi Leonid Loivskinin rəhbərlik etdiyi məşqçilər korpusu Məsud Yusifzadə (49 kq), Elvin Məmişzadə (52 kq), Tayfur Əliyev (56 kq), Cavid Çələbiyev (60 kq), Lorentso Sotomayor (64 kq), Pərviz Bağırov (69 kq), Kamran Şahsuvarlı (75 kq), Eldar Quliyev (81 kq), Abdulqadir Abdullayev (91 kq) və Məhəmmədrəsul Məcidova (+91 kq) şans verəcək.  

Qeyd edək ki, Bakıdakı təlim-məşq toplanışını bu gün başa vuracaq komanda üzvləri hazırlığın son mərhələsini Xarkovda keçəcək. Boksçularımız Ukraynaya iyunun 4-də yollanacaqlar.