"Xəzər Lənkəran" hazırlıqlara başlayır
Azərbaycan Premyer Liqasının XIV turunun səfər matçında “Zirə”yə 0:1 hesabı ilə məğlub olan “Xəzər Lənkəran” bir günlük istirahətdən sonra bir araya gəlir. SportLine.az xəbər verir ki, cənub təmsilçisi bu gün saat Lənkəranda toplanaraq Azərbaycan kubokunun 1/8 final mərhələsi çərçivəsində qarşılaşacağı “Kəpəz” matçının hazırlıqlarına start verəcək.
Qeyd edək ki, "Xəzər Lənkəran" - "Kəpəz" matçı dekabrın 2-si saat 17:00-da başlayacaq.