Xorvatiyalı ulduz futbolçu Səudiyyə Ərəbistanı klubuna keçir

"Sevilya"nın xorvatiyalı ulduz futbolçusu İvan Rakitiç Səudiyyə Ərəbistanı klubuna keçəcək. 

Sportline.az Skysports.com-a istinadla xəbər verir ki, İspaniya La Liqasında çıxış edən 35 yaşlı yarımmüdafiəçi "Əl-Şəbbab" klubuna transfer olunacaq. 

İdman jurnalisti Fabritsyo Romano İvan Rakitiç və Səudiyyə Ərəbistanı klubu arasında şəxsi razılıq əldə olunduğu barədə məlumat paylaşıb. 

Qeyd edək ki, İvan Rakitiç bu mövsüm çıxdığı 27 oyunda 2 qol 4 asistlə yadda qalıb.