Jose Mourinyonun "Fənərbağça"dakı maaşı açıqlanıb

"Fənərbağça"nın yeni baş məşqçisi Joze Mourinyonun  müqavilə detallarını açıqlanıb.

Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, Türkiyə klubu ilə 2 illik razılıq əldə edən 61 yaşlı mütəxəssis ilinə 10.5 milyon avro qazanacaq.

Qeyd edək ki, iyunun 2-də Fənərbağça ilə rəsmi  müqavilə imzalayan Mourinyo daha sonra Portuqaliyaya geri dönüb.

O, yeni postda İsmayıl Kartalı əvəzləyəcək.