Yana Alekseyevna: “Hamının qismətinə çempionluq yazılmır”

“Hamının qismətinə çempionluq yazılmır. Olimpiya Oyunlarına qatılmağın özü mənim üçün böyük nailiyyətdir. Azərbaycan bayrağını yüksəltməyi arzu edirdim, amma alınmadı”. SportLine.az xəbər verir ki, bu sözləri boks seçməmizin üzvü Yana Alekseyevna Rio-2016 Yay Olimpiya Oyunlarındakı çıxışını dəyərləndirərkən deyib.

Məğlubiyyəti gözləmədiyini bildirən boksçumuz: “Lazımi nəticə əldə etmək üçün, ola bilsin ki, bir qədər hiyləgərlik çatışmadı. Zərbələrdən əvvəlki aldadıcı hərəkətlərdə səhvlər oldu. Amma ruhdan düşmək lazım deyil. Növbəti Olimpiadaya lisenziya qazanmağa çalışacağam. Bizi dəstəkləyən hər kəsə təşəkkür edirəm”, - deyə qeyd edib.

Xatırladaq ki, Yana Alekseyevna ilk döyüşündə çinli Yin Yunhuaya uduzaraq mübarizəni dayandırıb.

Səmayə Məmmədova
GİN-in mətbuat katibi