Yaşar Bəşirov Asiya çempionatının fəxri qonağı olub

Azərbaycan Milli Karate Federasiyasının (AMKF) prezidenti Yaşar Bəşirov Özbəkistanın paytaxtı Daşkənddə yenietmələr, gənclər və böyüklər, eləcə də parakarateçil arasında keçirilən Asiya çempionatının fəxri qonağı olub.

AMKF-in mətbuat xidmətindən Sportline.az saytına verilən məlumata görə, o, Asiya Karate Federasiyası və təşkilatçı ölkə Özbəkistan Karate Federasiyasının birgə dəvəti ilə mötəbər yarışın mükafatlandırma mərasimində iştirak edib.

Y.Bəşirov səfər zamanı bir sıra ölkələrin federasiya rəhbərləri ilə də görüşlər keçirib.