Yüksək Liqada VII turun oyunları keçirilib

Futzal üzrə Yüksək Liqada VII turun oyunları keçirilib.

Sportline.az xəbər verir ki, günün ilk matçında "Neftçi" İK U-19 kollektivini 12:4 hesabı ilə üstələyib.

Ardınca "Baku Fire" "Lənkəran" komandasına 14:2 hesabı ilə qalib gəlib.

Günün son görüşündə isə "Araz-Naxçıvan" "Şuşa"dan güclü olub - 13:1.

Xal durumu: "Neftçi" İK – 19, "Araz-Naxçıvan" – 16, "Baku Fire" – 14, "Şuşa" – 9, U-19 – 3, Lənkəran – 0.