Yunanıstan klubu "Qalatasaray"ın futbolçusu üçün təklif göndərib

Yunanıstanın "Panatinaiko" klubu "Qalatasaray"ın 32 yaşlı hücumçusu ilə maraqlanır. 

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, Fatih Terimin başçılıq etdiyi klub konqolu futbolçu Sedrik Bakambunu icarə əsasında trasnfer etməkdə israrlıdır. 

"Sarı-qırmızılar" hücumçunun keçidi ilə bağlı razılıq verdiklərini bildiriblər. Amma transferlə bağlı son qərarı Sedrik Bakmbu verəcək. 32 yaşlı futbolçu "Qalatasaray" ırması ilə cəmi 2 qol vurub və illik 1,6 milyon avro maaş alır. 

Qeyd edək ki, Sedrik Bakambu karyerası ərzində "Marsel", "Vilyareal", "Əl-Nəssr", "Olimpiakos" və "Bursaspor"da çıxış edib.