Yunis Hüseynov: “Təcrübəsizlik sözünü dedi”
“Səhvlər buraxdıq. Rəqib də bunlardan yararlanıb qələbə qazandı”. SportLine.az xəbər verir ki, bu sözləri “Xəzər Lənkəran” klubunun baş məşqçisi Yunis Hüseynov “Neftçi” ilə keçirilən matçdan sonra deyib. Komandadakı futbolçuların təcrübəsiz olduğunu deyən mütəxəssis: “İstənilən heyətlə nəticə əldə etmək mümkündür. Lakin heyət təcrübəsiz olanda uğur qazanmaq çox çətin olur. Bu gün də təcrübəsizlik sözünü dedi”.