"Yuventus"un ÇL üçün heyəti: Mandzukiz, Can, Kyellini kənarda qaldı

"Yuventus" Çempionlar Liqasının qrup mərhələsinin oyunları üçün iştirak ərizəsini UEFA-ya göndərib.

Sportline.az xəbər verir ki, siyahıda Mario Mandzukiç, Emre Can və zədəli Corco Kyellinini yer almayıb.

Qapıçılar: Şensnı, Buffon, Pinsolo

Müdafiəçi: De Şilyo, De Liqt, Aleks Sandro, Danilu, Bonuççi, Ruqani, Demiral

Yarımmüdafiəçilər: Pyaniç, Xedira, Remsi, Matyuidi, Kuadrado, Rabyo, Bentankur

Hücumçular: Kriştiano Ronaldo, Dibala, Duqlas Kosta, İquain, Bernardeski

Qeyd edək ki, M. Mandzukiç və E.Canın yayda klubdan ayrılacağı gözlənilirdi. Ancaq onlar İtaliya təmsilçisində qalıblar.

Xatırladaq ki, "Yuventus" ÇL-də "Atletiko", "Bayer" və "Lokomotiv"lə birgə D qrupunda yer alıb.