"Yuventus" azarkeşlərinə şad xəbər

"Yuventus" klubu FİFA 2025 Dünya Kubokuna yollanacaq.

Sportline.az xəbər verir ki, "Napoli"nin ötən gecə "Barselona" ilə görüşdə 1-3 hesabı ilə məğlub olmasa "qoc sinyora"nın işini asanlaşdırıb. 

FİFA 2025 Dünya Kubokunda İtaliyanı 2 komanda təmsil edəcək. Bunlar "Yuventus" və "İnter" klubudur.

Qeyd edək ki,  hazırda 58 xalı olan "Yuventus" klubu İtaliya A seriyasının 4-cü pilləsində qərarlaşıb.