"Yuventus" "Ştutqart" qarşısına belə çıxacaq

Bu gün UEFA Çempionlar Liqasında Liqa mərhələsinin 3-cü turu başlanır.

Sportline.az xəbər verir ki, turnirə inamlı start verən “Yuventus" öz meydanında “Ştutqart”la qarşılaşacaq.

Tyaqo Mottanın komandasında itkilərin sayı kifayət qədərdir. Bremer, Kopmeyner, Arkadiüş Milik və Nikolas Qonzales zədədən əziyət çəkir. De Qreqorio isə “Leipziq” ilə matçda aldığı qırmızı vərəqəyə görə matçı buraxmalı olacaq.

“Leipziq” də itki baxımından meydan sahiblərindən geri qalmır. Nikolas Nartey, Dan Zaqadu, Leonidas Sterci, Luka Raymund, Kris Fürx və Castin Diel zədə səbəbində oyunda iştirak edə bilməyəcək.

Norveçli Espen Eskasın idarə edəcəyi görüş Bakı vaxtı ilə saat 23:00 da start götürəcək.