"Yuventus" türkiyəli futbolçunu transfer edə bilər

"Yuventus" türkiyəli futbolçunu transfer edə bilər.

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, "Latsio" klubunun da transfer etmək istədiyi Barış Alper Yılmaz üçün "ağ-qaralar"da təklif göndərəcəklər.

"Qalatasaray" cinah hücumçusunu mövsüm sonunadək satmayacağını bildirib. "Yuventus" rəsmiləri isə Barış Alper Yılmazı transfer etmək istədikləri üçün ən uyğun təklifi hazırlayacaqlar.

Qeyd edək ki, "Latsio" klubu da Barış Alperi heyətinə qatmaq niyətindədir.