"Yuventus" və "Milan" Qətərdə üz-üzə gələcək
İtaliya Super kuboku uğrunda oyunun keçiriləcəyi məkan müəyyənləşib. SportLine.az saytının məlumatına görə, İtaliya Futbol Federasiyası matçın Qətərin paytaxtı Dohada oynanılmasına qərar verib.
Həlledici qarşılaşmada "Skudetto"nun və ölkə kubokunun sahibi "Yuventus"la, kubok oyununun finalçısı "Milan" üz-üzə gələcək.
Qeyd edək ki, görüş dekabrın 23-də keçiriləcək.