"Yuventus"dan "Barselona"ya doğru

"Barselona" "Yuventus"un sol cinah müdafiəçisi Andrea Kambiasonu transfer etməyə çalışır.

Sportline.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, Turin klubu 26 yaşlı futbolçu üçün 50 milyon avro tələb edir.

İtaliya millisinin üzvünün "Yuventus"la sözləşməsi 2029-cu ilin iyun ayına qədərdir.

Qeyd edək ki, Kambiasso bu mövsüm 39 rəsmi matçda iştirak edib. Təcrübəli oyunçunun aktivində 3 qol, 4 məhsuldar ötürmə var.