Daha bir ulduz "Yuventus"dan getdi
"Yuventus"un futbolçusu Aaron Remzi komandadan ayrılıb.
Sportline.az xəbər verir ki, bu barədə 31 yaşlı yarımmüdafiəçi öz sosial şəbəkə hesablarında paylaşım edib. O, Turin təmsilçisi ilə vidalaşıb. Remzi "Yuventus"da çıxış edərkən xoşbəxt olduğunu bildirib və İtaliya xalqına, azarkeşlərə təşəkkür edib.
Qeyd edək ki, Remzi 2019-cu ildən "Yuventus"da oynayırdı.