"Zenit" "Beşiktaş"ın futbolçusunu istəyir
"Beşiktaş"ın qazax futbolçusu Baxtiyar Zaynutdinov karyerasını yenidən Rusiyada davam etdirə bilər.
Sportline.az xəbər verir ki, onun xidmətində "Zenit" maraqlıdır.
Snkt-Peterburqlular bu futbolçu üçün 4,5 milyon avro ödəməyə hazırdırlar.
Xatırladaq ki, "Beşiktaş" da Zaynutdinovun transferi üçün Moskva ÇSKA-sına bu qədər pul ödəmişdilər.
Qeyd edək ki, 26 yaşlı müdafiəçinin "qara qartallarla" 2027-ci ilədək müqaviləsi var.