"Zenit" serbiyalı futbolçu üçün 25 milyon avro təklif edib

"Torino"nun və Serbiya millisinin yarımmüdafiəçisi İvan İliç "Zenit"ə transfer oluna bilər.

Sportline.az Tuttosport portalına istinadla xəbər verir ki, Sankt-Peterburq təmsilçisi 23 yaşlı futbolçu üçün "Torino"ya 25 milyon avro təklif edib.

İliç Serbiya millisi ilə Avropa Çempionatının hər 3 qrup oyununda çıxış edib.

Qeyd edək ki, İvan İliç ötən mövsüm "Torino" forması ilə çıxdığı 33 oyunda 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Transfermarkt portalında oyunçunun dəyəri 18 milyon avrodur.