"Zirə" 5 futbolçu ilə yollarını ayırdı

"Zirə" 5 futbolçusu ilə yollarını ayırıb. 

Sportline.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.

Ceyhun Nuriyev, Stefan Aka, Eldar Quliyev, Leroy Mikels klub arasında imzalanmış müqavilə başa çatıb. Həmçinin Xorvatiyanın “Varajdin” klubundan icarəyə götürülmüş Rüfət Abdullazadəylə də icarə müqaviləsi bitib.

Klub adıçəkilən futbolçulara göstərdiyi xidmətə görə təşəkkür edərək gələcək karyeralarında uğurlar arzulayıb.