"Zirə" tanınmış futbolçu ilə anlaşdı

"Zirə" klubu təcrübəli qolkiperi Anar Nəzirovla anlaşıb.

Sportline.az xəbər verir ki, qəsəbə təmsilçisi onun müqavilə müddətini artıracaq.

Klubun qapıçı ilə daha bir illik  müqavilə imzalayacağı gözlənilir.

Qeyd edək ki, Anar Nəzirov 2021-ci ildən "Zirə"nin formasını geyinir.