"Zirə"nin əsas komandasına cəlb olundu, yığmanın düşərgəsindən ayrıldı

Qəbələdə təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik olub. 

Sportline.az AFFA-nın saytına istinadən xəbər verir ki, “Zirə”nin qapıçısı Səlim Həşimov UEFA Avropa Konfrans Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində İsraildə keçiriləcək “Makkabi” (Təl-Əviv) – “Zirə” oyunu üçün əsas komandayə cəlb olunduğundan millinin düşərgəsini tərk edib. 

Onun yerinə “Turan Tovuz”dan Ümid Cəfərov heyətə cəlb edilib.

Banner