Lamin Yamal Avropa Çempionatları tarixində ən gənc oyunçu oldu

 

İspaniya millisinin yarımmüdafiəçisi Lamin Yamal 2024-cü il Avropa çempionatının qrup mərhələsinin 1-ci turunun Xorvatiya ilə oyunu üçün millisinin start heyətinə daxil olub.

Sportline.az OPTA Sports-a istinadla xəbər verir ki,bununla da cinah hücumçusu qitə çempionatı tarixində ən gənc oyunçu olacaq.(16 yaş, 338 gün).

İspaniya və Xorvatiya milli komandaları arasında oyun Berlindəki "Olimpiastdion"da keçirilir.
 
Qeyd edək ki, Lamin Yamal bu mövsüm "Barselona"nın heyətində 50 oyunda 7 qol vurub, 10 asist edib.