12 ölkə FİFA-ya müracət edib

12 ölkə İsrail millisinin yarışlardan uzaqlaşdırılması üçün FİFA-ya müracət edib.

Sportline.az "Sky Sports"a istinadla xəbər verir ki, Fələstin, Səudiyyə Ərəbistanı, Qətər, BƏƏ və daha 8 ölkənin futbol federasiyası  İsrailin turnirlərdə iştirakının əleyhinədir.

Məktub FİFA-dan başqa, UEFA-nın da daxil olduğu regional konfederasiyalara göndərilib.

İsrail millisinin Avro 2024-ün final mərhələsinə vəsiqə qazanmaq şansı var.

Turnir gələn ilin yayında Almaniyada keçiriləcək.

Qitə çempionatı iyunun 14-də başlanıb, iyulun 14-də başa çatacaq.