16 yaşlı futbolçunun faciəvi sonu

Braziliyanın "Qoyas" klubunun oyunçusu İqor Soareş yol-nəqliyyat hadisəsində həlak olub.

Sportline.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.

Qeyd edilir ki, 16 yaşlı futbolçu motosikllə qəzaya uğrayıb. Klubun rəhbərliyi futbolçunun ailəsinə və dostlarına başsağlığı verib.

"İqorun 16 yaşı vardı, o, 2018-ci ilin yanvarından "Qoyas"da çıxış edirdi”, - xəbərdə deyilir.