18 yaşlı azarkeş həbs olundu
"Bavariya" - "Latsio" matçını izləməyə gələn 18 yaşlı italiyalı azarkeş həbs olunub.
Sportline.az xəbər verir ki, buna səbəb gənc azarkeşin Almaniyada Hitlerin Nasist Partiyasını qurduğu Xofbrahus spirtli içki fabrikində nasist salamı verməsi olub.
İtaliya rəsmiləri Almaniya polisi ilə görüşərək azarkeşin sərbəst buraxılmasını istəsə də təklif geri çevrilib.
Qeyd edək ki, 18 yaşlı azarkeşin məhkəməsinin ay sonunda keçiriləcəyi gözlənilir.