2 “Brayton” azakeşi Romada bıçaqlanıb

"Roma”-“Brayton” oyunu öncəsi bədbəxt  hadisə yaşadıb.

Sportline.az “La Gazetta dello Sport”-a istinadla xəbər verir ki, Avropa Liqası matçı ərəfəsində Romanın mərkəzində baş vermiş oğurluqdan sonra “Brayton” klubunun 2 azarkeşi bıcaq zərbələri ilə xəstəxanaya yerləşdirilib.

Mənbənin sözlərinə görə, insident çərşənbə günü martın 6-da Kolizey müzeyinin yaxınlığında baş verib.Axşam saatlarında iki ingilis azarkeş kömək üçün yaxınlıqdakı restoranlardan birinə müraciət edib.Onların sözlərinə görə , 6-7 papaqlı şəxs onlara hücum edərək ayaqlarından bıcaq zərbəsi endiriblər.Daha sonra isə pul qabılarını götürərək ordan uzaqlaşıblar.

Zərərçəkənlər hal-hazırda xəstəxanadadılar.Həyati riskləri yoxdur.Polisin ilkin məlumatlarına görə “Roma” fanatları insidentdə iştirak etməyiblər.

Qeyd edək ki, Uefa Avropa Liqası 1/8 final mərhələsinin ilk oyununda “Roma” bugün doğma meydanda “Brayton”u qəbul edəcək.Matç 21.45-də start götürəcək.