206 sm boyu olan oyunçu "Fənərbağça"da

"Fənərbağça" basketbol klubu heyəti gücləndirib.

Sportline.az xəbər verir ki, "Türk Telekom"un 26 yaşlı hücumçusu Neyt Sestina karyerasını İstanbul nəhəngində davam etdirəcək.

Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, 206 sm boyu olan basketbolçu ilə 1+1 sxemi ilə müqavilə imzalanıb.

Sestina ötən mövsüm çıxış etdiyi oyunlarda orta hesabla 10,4 xal toplayıb.