24 yaşlı idmançı öldü

Fransanın tanınmış sörfinqçisi Poeti Norak vəfat edib.

Sportline.az "Yahoo Sports"a istinadən xəbər verir ki, 24 yaşlı idmançı Avstraliyada dünyasını dəyişib. Onun ölüm səbəbi açıqlanmayıb.

Qeyd edək ki, Poeti Norak bir neçə ay əvvəl Fransadan Avstraliyaya köçmək qərarına gəlib. O, ölkəsinin istedadlı sörfinqçisi hesab olunurdu. Norak 2016-cı ildə Fransa çempionatında üçüncü, 2018-ci ildə isə ikinci yeri tutub. İdmançı həmçinin 10 dəfə ölkə kubokunun qalibi olub.