3 liqa klubunda "Real Madrid"ə

"Real"ın baş məşqçisi Karlo Ancelotti məşqçilər korpusuna daha bir şəxsi daxil etməyi planlaşdırır.

Sportline.az The Athletic-ə istinadla xəbər verir ki, İngiltərə 3-cü liqa klublarından "Stokport Kaunti"də çalışan Endi Manyan Ancelottinin heyətinə daxil olacaq.

Manyan iyul ayından "Stockport Kaunti"də köməkçi məşqçi vəzifəsini icra edir. Bildirilir ki, "Real Madrid"də eyni vəzifədə çalışan Karlo Ancelottinin oğlu Davide Ancelotti baş məşqçilik karyerasına başladıqdan sonra Manyan "Kral klubu"nun yolunu tutacaq.

Karyerası ərzində yalnız İngiltərədə oynayan Manyan 2018-ci ildə futbolçuluq fəaliyyətini dayandırıb.

Qeyd edək ki, 38 yaşlı çalışdırıcı daha əvvəl "Flitvud Taun" və "Bristol Rovers"də də işləyib.