5 qol, 3 qırmızı vərəqə və "Qalatasaray" məğlub oldu
Türkiyə kubokunda növbəti oyunlar keçirilib. SportLine.az xəbər verir ki, yarışın favoritlərindən "Qalatasaray" səfərdə "Tuzlaspor"la qarşılaşıb. Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:2.
28 dekabr 2016
Türkiyə kuboku
“Tuzlaspor” - “Qalatasaray” 3:2
Qollar: Şedju, 45 (0:1), Şahin, 51 (1:1), Findikçi, 53 (2:1), Papaker, 58 (3:1), Linnes, 70 (3:2)
Qırmızı vərəqələr: Şedju, 56, Öztekin, 61 (hər ikisi “Qalatasaray”), Ateş, 71 (“Tuzlaspor”)
Qeyd edək ki, bu qələbə sayəsində “Tuzlaspor” 9 xalla qrupda liderliyə yüksəlib. 5 xalı olan “Qalatasaray” isə üçüncü pillədə qərarlaşıb.