50 albaniyalı azarkeş İtaliya ilə oyun öncəsi polis tərəfindən saxlanılıb
AVRO 2024-ün qrup mərhələsində İtaliya millisi ilə oyun öncəsi Albaniya seçməsinin 50 azarkeşi saxlanılıb.
Sportline.az xəbər verir ki, bu barədə Tuttosport nəşri məlumat yayıb.
Polis azarkeşlərin üzərində bıçaq və kağız bomba aşkar edib.Albaniya fanatları növbəti 24 saatı polis bölməsində keçirəcəklər.
Qeyd edək ki, hazırda davam edən İtaliya-Albaniya görüşündə hesab 2-1 "Skuadra Adzurra"nın xeyrinədir.