6 yaşlı uşaq İtaliya klubu üçün forma dizayn etdi

İtaliya pandemiyadan daha çox əziyyət çəkən ölkələrdən biridir. Seriya B-də mübarizə aparan “Peskara” komandası bu çətin günlərdə insanların əhvalını yüksəltmək üçün əyləncəli addım atıb.

Sportline.az xəbər verir ki, koronavirus böhranı başa çatdıqdan sonra İtaliya B Seriyasında mübarizə aparan “Peskara” komandası bəzi oyunlarda yeni forma ilə meydana çıxacaq. Maraqlıdır ki, bu formanı 6 yaşlı Luici Daqostino dizayn edib. Klubun təşkil etdiyi müsabiqədə qalib gələn uşaq dizaynla bağlı açıqlamasında arxa fonda olan mavi səmanın  və dənizin sevimli komandasının rəngində olduğunu bildirib. Onun fikrincə göyqurşağı sülhü, firavan həyatı əks etdiriri. Topla hərəkət edən delfin isə “Peskara”nın ləqəbidir.

Mövsüm davam etdirələcəyi halda “Peskara” futbolçuları oyunöncəsi isinmə hərəkətləri zamanı məhz bu köynəkləri geyinəcəklər. Həmçinin bəzi yoldaşlıq görüşlərində və İtaliya kuboku turnirinin növbəti mövsümündə də bu dizayndan istifadə edilə bilər.