A Seriyası bu tarixdə bərpa olunacaq
İtaliya A Seriyasının mayın 31-də bərpa olunacağı gözlənilir.
Sportline.az AS nəşrinə istinadən xəbər verir ki, oyunlar davam etsə də, trubunalar azarkeşlər üçün qapalı olacaq.
Tamaşaçılar yalnız hər şey normala döndüyündə - sərhədlər açılanda və dövlətlərdəki karanti rejimi götürüldüyündə stadiona gələ biləcəklər. Bunun isə 2021-ci ilin martından tez olmayacağı bildirilir.
Qeyd edək ki, A Seriyasında mövsüm 26-cı turdan sonra dayandırılıb. Turnir cədvəlinə 63 xalla “Yuventus” başçılıq edir.