Abdullah Avcının yeni klubu
Türkiyə millisinin və “Beşiktaş”ın sabiq baş məşqçisi Abdullah Avcının yeni iş yeri müəyyənləşib.
Sportline.az xəbər verir ki, 57 yaşlı mütəxəssis “Trabzonspor”u çalışdıracaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Avcı ilə 2.5 illik müqavilə imzalandığı bildirilib.
Qeyd edək ki, Avcı 2011-2013-cü illərdə milli komandaya baş məşqçilik edib. O, son çalışdırdığı klub olan “Beşiktaş”dan bu il ayrılıb.
Əlavə edək ki, “Trabzonspor” 8 oyundan sonra Superliqanın turnir cədvəlində 6 xalla 17-cidir.