ABL: "AAAF Xırdalan" NTD-yə, "Sərhədçi" Astara komandasına qarşı
Bu gün Azərbaycan Basketbol Liqasında XI turun oyunları davam etdiriləcək.
Sportline.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma keçiriləcək. "Sərhədçi" İdman Mərkəzində ilk olaraq “AAAF Xırdalan” və NTD üz-üzə gələcək. Bundan sonra isə meydan “Sərhədçi” ilə "Zirvə Astara" komandalarının ixtiyarına veriləcək.
17:30. "AAAF Xırdalan" - NTD
20:00. "Sərhədçi" – "Zirvə Astara"
Turun daha bir oyunu isə sabah Şəkidə keçiriləcək.
15:00. "Olimpik Şəki" – "Neftçi"
Qeyd edək ki, daha əvvəl turun bir oyunu keçirilib: “Gəncə” – “Sabah” – 73:81.