Acun Ilıcalının İrfan Can Kahveci sevgisi

"Hull Siti" klubnun sahibi Acun Ilıcalı "Fənərbağça"nın futbolçusu İrfan Can Kahvecini təbrik edib.

Sportline.az Sporx.com.tr-yə istinadla xəbər verir ki, məşhur iş adamı Acun Ilıcalı sosyal media hesabında paylaşım edərək "İrfan Can "Fənərbağça"a üçün əlindən gələn hər şeyi edir. Ötən gecə "Sivassporla" görüşdə vurduğu qol futbolçunun hansı səviyyədə olduğunu göstərir. İrfan Can bu komandaya lazımlı futbolçudur. Ümid edirəm ki, uzun illər kulubun şərəfini qoruyacaq",deyib.

Qeyd edək ki, Acun Ilıclalı gələcəkdə İrfan Can Kahvecini "Hull Siti"yə transfer etmək istədiyini də gizlətməyib.