"Adana Demirpsor" klubu daha 2 futbolçusu ilə yollarını ayırmaq qərarına gəlib
"Adana Demirspor" klubunun prezidenti Murat Sancak 2 futbolçu ilə yolların ayrılacağını bildirib.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, Yusuf Sarı və Ertaç Özbir komandadan ayrılacaq. Murat Sancak futbolçularla bağlı açıqlamasında :"Yusuf Sarı böyük ehtimalla Avropa klublarından birinə transfer olunacaq. Ertaç Özbirə isə borcumuz yoxdur və gələn hər təklifi dəyərləndirəcəyik",-deyib.
Qeyd edək ki. qış transferi pəncərəsində Younes Belhanda, Conas Svensson,Bünyamin Balat,Arber Zeneli və Kevin Rodriqes də komandadan ayrılıb.