“Adana Demirspor” klubu əlcəzairli futbolçu ilə razılaşdı
"Adana Demiespor" klubu əlcəzayirli futbolçu ilə danışıqları yekunlaşdırıb.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, "Nitsa" klubunun təcrübəli cinah müdafiəçisi Yousef Atal karyerasını Super Liqada davam etdirəcək.
27 yaşlı Yousef Atalın həftə sonu sağlamlıq yoxlanışından keçmək üçün İstanbula gələcəyi bildirilib.
Qeyd edək ki,Yousef Atal Filistinlə bağlı paylaşım etdiyi üçün 8 ay yaşıl meydanlardan uzaq qalma və 45 min avro pul cəzası ilə qarşılaşmışdı.