"Adana Demirspor" türkiyəli futbolçu ilə yollarını ayırıb

Ardıcıl ayrılıqların yaşandığı "Adana Demirspor"da daha bir futbolçu komandanı tərk edib.

Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, klubdan uzun müddətdir məvacibini ala bilməyən Yusuf Erdoğan müqaviləyə birtərəfli xitam verib.

31 yaşlı futbolçunun Adana təmsilçisi ilə 1 il daha kontraktı var idi.

Qeyd edək ki, Yusuf Erdoğan bu mövsüm "mavi şimşəklər"lə çıxdığı 40 oyunda 7 qol və 4 asistlik performans göstərib.