"Adana Demirspor"un prezidenti Mario Balotelli haqqında danışıb
"Adana Demirspor"un prezidenti Murat Sancak Mario Balotelli haqqında danışıb.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, Murat Sancak açıqlamsında :"Biz Balotellinin qalmsından yanayıq. Amma futbolçu ayrılmaq istəyirsə əlbəttə gedə bilər",-deyib.
Klub prezidenti Nbaye Nianq və Yusuf Sarı üçün də eyni ifadələri işlədib və gələn təklifləri dəyərləndircəklərini bildirib.
Qeyd edək ki, "Adana Demirspor" bu gecə "Beşiktaş"la Türkiyə Super liqasının 22-ci turunda üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 21:00 da start götürəcək.