Adrian Mutu: "Qələbəyə layiq idik"
"İstədiyimiz oyunu tapmaq üzrəyik. Bu gün futbolçular yaxşı oynadılar. Hər zaman oyunda olmağa çalışırdıq. Təhlükəli epizodlar nəticəsiz qalmadı. Məncı biz qələbəyə layiq idik".
Sportline.az xəbər verir ki, bunu Azərbaycan Premyer Liqasının Zəfər turunun "Qəbələ" - "Neftçi" görüşündən sonra CBC Sport telekanalına açıqlamasında qonaqların baş məşqçisi Adrian Mutu deyib.
Qeyd edək ki, Qəbələdə keçirilən oyun qonaqların 1-0 hesablı qələbəsi ilə başa çatıb.