AFFA İcraiyyə Komitəsinin iclası olacaq
AFFA İcraiyyə Komitəsinin iclası Gəncə Futbol Akademiyasında olacaq.
Sportline.az xəbər verir ki, martın 1-dəki toplantı saat 11:00-da başlanacaq.
Toplantıda AFFA-nın Növbəti Hesabat-Seçki Konfransının tarixi müəyyənləşdiriləcək və digər məsələlər müzakirə ediləcək.
Qeyd edək ki, Gəncə Futbol Akademiyasının açılışı növbəti həftə olacaq.