AFFA millinin yeni çalışdırıcısı ilə 2 illik müqavilə bağlayacaq

AFFA-nın millinin baş məşqçi postuna namizəd olan 3 mütəxəssislə danışıq apardığını bilirsiz.
 
Sportline.az xəbər verir ki, Fanat.Az-ın əldə etdiyi məlumata görə, qurumun icraçı vitse-prezidenti Elxan Məmmədovun əsas hədəfinin kimliyi dəqiqləşib.
 
Bu, Canni de Byazidi. İtaliyalı mütəxəssis digər həmkarlarından fərqli olaraq daha münasib şərtlərlə yığmanı çalışdırmağa razılıq verdiyindən milli assosiasiya məhz onun üzərində dayanıb.
 
Sonradan hər hansı problem yaranmasa, ötən ildən başsız qalan yığmanın "sükan"ı sözügedən çalışdırıcıya tapşırılacaq və onunla 2 illik müqavilə bağlanacaq.
 
Qeyd edək ki, Canni de Byazi son olaraq İspaniyanın "Alveş" klubunu çalışdırıb. İtaliyalı mütəxəssis 2011-2017-ci illərdə Albaniya millisinə rəhbərlik edib. Komanda onun rəhbərliyi altında AVRO-2016-nın final mərhələsinə vəsiqə qazanıb. Canni de Byazi həmçinin karyerası ərxində İtaliyanın "Torino", "Udineze", İspaniyanın "Levante" klublarını da çalışdırıb.