AFFA rəsmisi "Barselona"nın oyununda
AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri, AFFA İcraiyyə Komitəsinin üzvü Könül Mehtiyeva beynəlxalq oyuna təyinat alıb.
Sportline.az xəbər verir ki, o, Belçikada yerli "Antverpen" və İspaniyanın "Barselona" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının qrup mərhələsinin sonuncu - 6-cı turunun oyununda UEFA nümayəndəsi olacaq.
Qeyd edək ki, qarşılaşma dekabrın 13-də Belçikanın Deurne şəhərində keçiriləcək.