Afrika ilin futbolçusu kim olacaq?

Afrika Futbol Konfederasiyası ilin ən yaxşı kişi futbolçusu üçün namizədlərin son siyahısını açıqlayıb.

Sportline.az xəbər verir ki, mükafata namizədlər arasında PSJ-dən Əşrəf Hakimi, "Liverpul”dan Mohamed Salah və “Qalatasaray”dan Viktor Osimhen yer alıb.

Qalib noyabrın 19-da açıqlanacaq.