Afrika Kubokunda bu gün
Afrika Kuboku bu gün 3 oyunla davam edəcək.
Sportline.az xəbər verir ki, günün ilk qarşılaşması Kapo Verde ilə Mozambik seçmələri arasında keçiriləcək.
Abidjan şəhərində baş tutacaq görüşün start fiti saat 18 30 da səslənəcək.
Günün ən maraqlı görüşündə Seneqal ilə Kamerun milliləri münasibətləri aydınlaşdıracaqlar.
Paytaxt Yamasukroda baş tutacaq matç saat 21 30-da başlanacaq.
Günün son görüşündə isə Qvineya Qambiya ilə üz üzə gələcək.
Yamasukroda keçiriləcək oyun saat 00 00-da başlanacaq.