Afrika Millətlər Kubokunda ilk finalçının adına aydınlıq gəlib

Afrika Millətlər Kubokunun ilk yarımfinal görüşündə Nigeriya Cənubi Afrika ilə münasibətləri aydınlaşdırıb.

Sportline.az xəbər verir ki,gərgin  mübarizə şəraitində keçən oyunda Nigeriya, əsəs və əlavə vaxtı 1-1 bitən matçın penaltilər seriyasında, rəqibini 5-3 hesabı ilə məğlub edərək finala yüksələn ilk komanda oldu.


Nigerya 67-ci dəqiqədə Trost-Ekongun qolu ilə hesabda irəli çıxsa da,90-cı dəqiqədə Mokoena Cənubi Afrikanın bərabərlik qolunun müəllifi olub.

Qeyd edək ki, Nigeriya finalda Fildişi Sahili-Demokratik Konqo Respublikası matçının qalibi ilə qarşılaşacaq.