İdmançılarımız Ermənistanı tərk ediblər

Ağırlıqqaldırma üzrə Azərbaycan millisi hazırda Gürcüstandadır, millimiz bu gün Vətənə qayıdacaq.

Bu barədə Sportline.az saytına Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Qabil Mehdiyev məlumat verib.

"Azərbaycan nümayəndə heyəti avtobusla Ermənistanı tərk edərək Gürcüstana daxil olub", - o, əlavə edib.

Nazirlik sözüçü bildirib ki, komandanı Tbilisidən Bakıya gətirəcək təyyarə bu axşam saat 21:20-də Vətənə çatacaq.