Aktürkoğlu "Ayaks" yolunda
"Qalatasaray"ın hücumçusu Kerem Aktürkoğlu karyerasını Niderland çempionatında davam etdirə bilər.
Sportline.az xəbər verir ki, bu haqda "ajansspor" məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, "Ayaks" klubu 25 yaşlı futbolçunun xidmətində maraqlıdır.
Amsterdamlılar komandadan ayrılması gündəmdə olan Berqvaynın əvəzinə Aktürkoğlunu heyətə qatmaq niyyətindədirlər.
Qeyd edək ki, Türkiyə millisiinin sol cinah hücumçusu eyni zamanda Səudiyyə Ərəbəistanı klubları və "Vest Hem"in də transfer siyahısındadır.