Alaba “Real Madrid”dən gedir

“Real Madrid” avstriyalı mərkəz müdafiəçisi David Alaba ilə yollarını ayırmaq qərarına gəlib.

Sportline.az “Diario As” nəşrinə istinadən xəbər verir ki, Madrid klubu 33 yaşlı futbolçuya yeni müqavilə təklif etməyəcək.

Təcrübəli oyunçu gələn ilin yayında azad agent kimi klubdan ayrılacaq.

Qeyd edək ki, Alaba 2021-ci ildən “Real Madrid”in şərəfini qoruyur.